RU

​“Qalatasaray” Leminanın yerinə bu ulduzu alır

Türkiyənin “Qalatasaray” klubu yay transfer dönəmi üçün hazırlıqlara başlayıb. İstanbul təmsilçisi orta sahədə yeni futbolçu axtarışına başlayıb. Komandanın əsas oyunçularından olan Mario Lemina ilə bağlı qeyri-müəyyənlik fonunda rəhbərlik alternativ planlarını işə salıb. Metbuat.az xəbər verir ki, “sarı-qırmızılılar” ərəb klublarından birinə keçməyə hazırlaşan Leminanın yerini doldura biləcək ulduz futbolçunu müəyyənləşdirib. “Qalatasaray” rəhbərliyi “Parma”nın ulduzu Mandela Keitanın namizədliyi üzərində dayanıb. Baş məşqçi Okan Buruk bu transferi komandanın orta sahədə gücünü daha da artıracaq strateji addım kimi dəyərləndirir. Keitanın həm müdafiə, həm də hücum fazasında effektiv olması onun əsas üstünlüyü kimi qiymətləndirilir.

23 yaşlı belçikalının bazar dəyəri 18 milyon avrodur.

Избранный
17
metbuat.az

1Источники