RU

Köçürülən cərimələrə dövlətin nəzarəti artırılıb

Köçürülən inzibati cərimələrə dövlətin nəzarəti artırılıb, "İCMAL" "Rəqəmsal dövlət maliyyəsi"nin altsistemi olacaq.

Aznews.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, "İCMAL" informasiya sistemi "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin tərkibində "İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi" altsistemi, yəni "İCMAL" altsistemi kimi yenidən təşkil ediləcək və buna uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində dəyişikliklər ediləcək. Bu transformasiya inzibati cərimələr üzrə daxilolmalara dair məlumatların təhlili və həmin məlumatların düzgünlüyünə nəzarət funksiyalarının vahid dövlət maliyyə platformasına inteqrasiyasını təmin edəcək.

"İCMAL" altsistemi İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə və (və ya) inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi barədə qərar (elektron qərar) qəbul etmiş səlahiyyətli orqanların (qurumların) hesablarına hesablanan və köçürülən hissəsinə dair məlumatların təhlil edilməsi və həmin məlumatların düzgünlüyünə nəzarətin həyata keçirilməsini təmin edəcək.

Избранный
42
20
aznews.az

10Источники