ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Barselona"nın hücumçusu Ferran Torres karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az "Fichajes"ə istinadən xəbər verir ki, hazırda onu heyətinə qatmağa ən real namizəd "Aston Villa"dır.
Məlumata görə, Birmingem klubu 26 yaşlı forvardı rənglərinə bağlamaq üçün qarşı tərəfə 65 milyon avroluq təklif göndərməyə hazırlaşır. Kataloniyalıların Ferranı bu məbləğə satmağa razı olacağı vurğulanıb.
Torresin "blauqrana" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. Cari mövsüm "Barsa"nın heyətində 46 matça çıxan ön xətt oyunçusu 20 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Toğrul
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.