RU

Zelenski: Macarıstan Ukraynaya “Oşadbank“ın vəsaitlərini qaytarıb

ain.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Macarıstan 2026-cı il martın 6-da gecə ölkənin xüsusi xidmət orqanları tərəfindən müsadirə edilmiş Ukraynanın "Oşadbank"ının vəsaitlərini qaytarıb.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə məlumat verib.

"Macarıstanla münasibətlərdə mühüm addım: bu gün "Oşadbank"ın vəsaitləri və qiymətliləri qaytarılıb. İnkassatorları biz daha əvvəl qaytarmışdıq, indi isə artıq vəsaitlər və qiymətlilər tam həcmdə Ukrayna ərazisindədir", - Zelenski qeyd edib.

Ukrayna Prezidenti həmçinin Macarıstan tərəfinə "konstruktiv və sivilizasiyalı addıma görə" təşəkkür edib.

Qeyd edək ki, 2026-cı il martın 5-də Macarıstanda 40 milyon dollar, 35 milyon avro və 9 kq qızıl daşıyan Ukraynanın "Oşadbank"ına məxsus iki inkassator avtomobili saxlanılıb.

Macarıstanın XİN rəhbəri Peter Siyarto o zaman müsadirə edilmiş vəsaitlərin guya "Ukrayna hərbi mafiyasına" məxsus ola biləcəyini bəyan etmiş və Ukrayna tərəfindən rəsmi izahat tələb etmişdi.

Sonradan Kiyev yeddi inkassatoru azad etməyə nail olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
1
3
moderator.az

4Источники