Hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda müəyyən edilmiş sürət həddinə quraşdırılmış radar qurğuları vasitəsilə intensiv nəzarət olunur.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində deyilir:
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün yol hərəkəti iştirakçılarını təhlükəsizlik qaydalarına riayət etməyə çağırır".