RU

Ara qarışdı: Mbappenin sevgilisi şərh bölümünü bağladı

Kilian Mbappe ilə sevgili olan aktisa Ester Eksposito “İnstaqram”da şərhləri bağlamaq məcburiyyətində qalıb.

Publika.az xəbər verir ki, “Real Madrid”in hücumçusu ilə “Elite” televiziya serialı ilə məşhurlaşan ispan aktrisa və model Ester Eksposito arasında romantik münasibətin başlaması barədə mart ayında məlumat yayılmışdı. Ötən həftəsonu Madrid azarkeşləri hücumçunu mövsümün son hissəsində sevgilisi ilə İtaliyada tətil etdiyinə görə tənqid etmişdilər.

Aktrisanın son sosial media paylaşımlarından biri qəzəbli reaksiyaya səbəb olub. Paylaşım əsasən tənqidi olmaqla beş mindən çox şərh toplayıb. Paylaşımda futbolçunun adı çəkilməsə də, istifadəçilər onun münasibətlərini və paltardəyişmə otağındakı davranışlarını tənqid ediblər.

Избранный
37
2
publika.az

3Источники