RU

Oğlunun otağından xorultu səsi eşidən ana onun həyatını xilas edib...

Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İşə getməyə hazırlaşan qadın qəribə simptomlar hiss edib...

...Britaniyada bir qadın 18 yaşlı oğlunun yuxusunda qəribə simptomlar hiss edərək onu ölümdən xilas edib.

SİA xəbər verir ki, bu barədə Mirror yazıb.

Deməli, işə getməyə hazırlaşan qadın oğlunun otağından qəribə səslər eşidib içəri girməyə qərar verib.

Oğlu, çarpayıda uzanıb yüksək səslə xoruldayırdı. Lakin ana intuitiv olaraq bunun normal yuxu olmadığını anlayıb. Dərhal təcili yardım xidmətlərinə zəng edib. Hadisə yerinə gələn tibb işçiləri gəncin ürək dayanması keçirdiyini və səslərin beynin oksigen çatışmazlığı zamanı yaranan aqonal nəfəs alma - konvulsiv nəfəsalma olduğunu müəyyən ediblər.

Təcili yardım briqadaları yeniyetmənin yataq otağında təcili reanimasiya əməliyyatı aparıblar.

Gəncin ürəyini yenidən işə salmaq üçün həkimlər beş dəfə defibrilyator vurmalı olublar.

Paramediklər həmçinin xəstənin beyin fəaliyyətini qorumaq üçün xüsusi anesteziya da vurublar. Vəziyyəti sabitləşdikdən sonra gənc oğlan xəstəxanaya aparılıb.

...Sadəcə nəyinsə səhv olduğunu bilirdim. Əvvəlcə onun yatdığını düşünürdüm, amma çıxardığı səslər normal görünmürdü. Dəhşətli idi, - deyə gəncin anası qeyd edib. Gənc oğlan xəstəxanada üç həftə keçirib, sonra həkimlər onu sonrakı reabilitasiya üçün evə buraxmağı mümkün hesab ediblər.

Müayinə zamanı həkimlər qəfil yıxılmanın anadangəlmə ürək qüsuru səbəbindən baş verdiyini aşkar ediblər. \

Ailə əvvəllər bundan xəbərsiz olub. İndi bütün qohumlar digərlərində oxşar riskləri istisna etmək üçün məcburi müayinədən keçirlər.

Hadisədən üç ay sonra gənc oğlan həkimlərə şəxsən təşəkkür edə bilib. O deyir ki, həmin səhər haqqında heç nə xatırlamır, amma nə qədər şanslı olduğunu anlayır. Gənc oğlan indi tam həyata qayıdıb və yenidən idman zalına gedir.

Əli Babayev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
24
1
sia.az

2Источники