RU

ATU-da ağaclar kəsilməyib - İddialarla bağlı AÇIQLAMA

Bəzi sosial şəbəkələrdə Azərbaycan Texnologiya Universitetində (ATU) ağacların kəsilməsi ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir və bu cür əsassız məlumatlar ictimaiyyətdə yanlış rəy formalaşdırmağa yönəlib.

"Azərbaycan müəllimi" xəbər verir ki, universitet ərazisində ağac kəsilməsi halı olmayıb, yalnız aqrotexniki qulluq işləri çərçivəsində meyvə ağaclarının mövsümi budanması aparılıb.

05.05.2026-cı il tarixində 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ərazidə aparılan baxış zamanı hər hansı ağac kəsilməsi faktı qeydə alınmayıb.

Ətraf mühitin qorunması isə universitetin əsas prioritetlərindən biridir və ATU bu istiqamətdə mütəmadi olaraq ekoloji aksiyalar, ağacəkmə kampaniyaları və digər təşəbbüslər həyata keçirir:

https://www.atu.edu.az/xeber/1158
https://www.atu.edu.az/xeber/672
https://www.atu.edu.az/xeber/828
https://www.atu.edu.az/xeber/1451
https://www.atu.edu.az/xeber/1054

Избранный
18
ekologiya.az

1Источники