ABŞ Pakistanın Xayber Paxtunxva əyalətinin Peşəvər şəhərindəki Baş Konsulluğunu tədricən bağlamaq qərarına gəlib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Dövlət Departamentinin bəyanatında bildirilib.
Departamentin açıqlamasında deyilir:
"Bu qərar diplomatik personalın təhlükəsizliyini və resursların effektiv idarə olunmasını təmin etmək öhdəliyimizi əks etdirir".
Ancaq İslamabaddakı səfirliklə yanaşı, ABŞ-ın Lahor və Karaçidəki baş konsulluqları da ölkədə fəaliyyətini davam etdirəcək.
Anar