RU

Çempionlar Liqasında nəhəng duel: "Bayern" ── PSJ

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə bu gün yekun vurulur.

Musavat.com xəbər verir ki, cavab oyununda Almaniyanın "Bayern Münhen" klubu Fransanın PSJ komandasını qəbul edir.

Parisdə keçirilən ilk qarşılaşma məhsuldar oyunu ilə yadda qalmış və PSJ-nin 5:4 hesablı qələbəsi ilə başa çatmışdı. Münhendəki cavab görüşündə isə hesabı qonaqlar açıblar. Oyunun 3-cü dəqiqəsində Usman Dembele fərqlənərək komandasını önə çıxarıb.

Hazırda qarşılaşmada hesab 0:1, ümumi hesab isə 4:6-dır.

Komandalar oyuna bu heyətlə başlayıblar:

“Bayern”: Noyer, Laymer, Tah, Upamekano, Stanişiç, Pavloviç, Kimmix, Luis Dias, Musiala, Olise, Keyn.

PSJ: Safonov, Nunu Mendeş, Paço, Markinyos, Zair-Emeri, Fabian Ruis, Vitinya, Joao Neveş, Kvaratsxeliya, Dembele, Due.

 

Musavat.com

Избранный
2
7
musavat.com

10Источники