RU

İran BMT ölkələrini ABŞ nin Hörmüz qətnaməsini dəstəkləməməyə çağırıb

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İran BMT-yə üzv ölkələri ABŞ-nin Hörmüz boğazında gəmiçiliklə bağlı Təhlükəsizlik Şurasına təqdim etdiyi yeni qətnamə layihəsini dəstəkləməməyə çağırıb.

APA-nın məlumatına görə, İranın BMT-dəki daimi nümayəndəliyinin "X" sosial şəbəkəsində yaydığı bəyanatda deyilir ki, Hörmüz boğazı ilə bağlı yeganə real həll yolu müharibənin dayandırılması, dəniz blokadasının aradan qaldırılması və normal gəmi keçidinin bərpasıdır.

“ABŞ isə Təhlükəsizlik Şurasında “gəmiçilik azadlığı” bəhanəsi ilə siyasi motivli və qərəzli qətnamə layihəsi irəli sürür. Məqsəd böhranı həll etmək deyil, öz siyasi gündəmini və qeyri-qanuni addımlarını legitimləşdirməkdir”, – deyə bəyanatda qeyd olunub.

Tehran BMT üzvlərini təzyiqə deyil, məntiqə, ədalətə və prinsiplərə əsaslanmağa çağıraraq sənədin rədd edilməsini və ona həmmüəlliflik edilməməsini istəyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
40
4
apa.az

6Источники