RU

Fatimə Fətəliyeva: Hər şey öz vaxtında bir nemət imiş

ain.az bildirir, Baku.ws portalına istinadən.

Rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib.

BAKU.WS xəbər verir ki, o, həyatın dəyəri və insanın sahib olduqlarını zamanında qiymətləndirməsi ilə bağlı fikirlərini bölüşüb.

"Həyatın içində o qədər sürətlə gedirik ki, sahib olduqlarımızın fərqinə varmırıq. Şikayət etdiyimiz günlər, sıxıldığımız anlar, "kaş başqa cür olardı" dediyimiz vəziyyətlər, zaman keçir, baxırsan ki, elə o günlər üçün darıxırsan.

İnsan qəribədir. İçində olduğu anı bəzən dəyərləndirə bilmir. Amma itirdikcə, dəyişdikcə, anlayır ki, hər şey öz vaxtında bir nemət imiş.

Həyat bizə nə gətirəcək, nəyi alacaq, bunu bilmirik. Planlar qururuq, arzular edirik, amma həyatın öz yazısı var. Ona görə də bəzən dayanıb sadəcə baxmaq lazımdır ki, nəfəs ala bilirikmi? Ayaqdayıqmı? Sevdiklərimiz yanımızdadırmı? Əslində, ən böyük "yaxşıyam" məhz budur.

Qalan hər şey dəyişə bilər, düzələ bilər, itə də bilər, yenidən gələ də bilər. Amma sağlamlıq, güc, həyatın içində qalmaq imkanı varsa, deməli, hələ çox şey mümkündür",-deyə Fatimə Fətəliyeva qeyd edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
21
1
baku.ws

2Источники