RU

Tərtərdə əmək yarmarkasında 104 vakansiya təqdim edilib

Tərtər, 6 may, AZƏRTAC

Dövlət Məşğulluq Agentliyinin Qarabağ Məşğulluq Filialı və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər şəhərində əmək yarmarkası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, filial tərəfindən təqdim olunmuş vakansiyalara dair tələblər təhlil edilərək Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Əmək və Məşğulluq Alt Sistemində işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan 209 vətəndaşla iş aparılıb, uyğun namizədlər tədbirə cəlb edilib. Cəlb olunan şəxslər arasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlar da yer alıb.

Əmək yarmarkasında işaxtaran vətəndaşlara ümumilikdə 104 vakant iş yeri təqdim olunub. Yarmarka zamanı vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunub.

Müxbir – Tahir Ağaməmmədov

Избранный
14
2
azertag.az

3Источники