RU

Makronun Kreml planı: Ermənistan Rusiyasız qala bilər

Fransa prezidenti Emmanuel Makronun Ermənistan sərhədlərinin qorunması ilə bağlı açıqlamaları regionda yeni müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, Ermənistanın sərhəd qoşunları veteranı Lev Azatxanyan bildirib ki, Ermənistanın sərhəd təhlükəsizliyi məsələsinə siyasi emosiyalarla deyil, balanslı yanaşmaq lazımdır. O, Makronun “Avropa İttifaqı Ermənistanın sərhədlərini daha müstəqil şəkildə qorumasına kömək etməlidir” fikrini şərh edərkən xatırladıb ki, SSRİ dağılandan sonra Ermənistanın Türkiyə və İranla sərhədləri İrəvanın müraciəti əsasında Rusiya ilə birgə qorunur.

Ekspertin sözlərinə görə, bu əməkdaşlıq bərabər maliyyə prinsipləri əsasında həyata keçirilir və artıq uzun illərdir sərhəd qoşunlarının sıravi heyəti tamamilə Ermənistan vətəndaşlarından ibarətdir.

Azatxanyan vurğulayıb ki, regiondakı qeyri-sabit şəraitdə siyasi qərarlar ölkənin sərhədlərini peşəkar şəkildə qorumaq hazırlığına mane olmamalıdır.

 

Musavat.com

Избранный
20
musavat.com

1Источники