Dünya texnologiya nəhəngləri və ekspertlər süni intellektin sürətli inkişafının yarada biləcəyi risklərlə bağlı ciddi xəbərdarlıq ediblər.
Mütəxəssislərin fikrincə, süni intellektin təkbaşına və nəzarətsiz tətbiqi gələcəkdə idarəolunmaz bir dünya modelinin yaranmasına səbəb ola bilər.
Məlumatda qeyd olunur ki, süni intellekt modellərinin insan müdaxiləsi olmadan qərar qəbul etmə proseslərinə cəlb edilməsi etik və təhlükəsizlik baxımından böyük suallar doğurur. Ekspertlər bildirirlər ki, bu texnologiyanın mütləq şəkildə hüquqi çərçivəyə salınması və beynəlxalq nəzarət mexanizmlərinin yaradılması zəruridir. Əks halda, "salt süni intellekt" (saf süni intellekt) insan amilini arxa plana keçirərək qlobal miqyasda nəzarəti çətinləşdirəcək.
Xatırladaq ki, hazırda dünyanın bir çox ölkələrində süni intellektin tənzimlənməsi ilə bağlı yeni qanunvericilik aktları üzərində iş aparılır.//Demokrat.az