RU

“Kızılcık Şerbeti”ndə gözlənilməz ayrılıq

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyənin reytinqli seriallarından olan “Kızılcık Şerbeti”ndə diqqətçəkən ayrılıq baş verir.Demokrat.az xəbər verir ki, serialda "Çimən" obrazını canlandıran Selin Türkmen layihəni ikinci dəfə tərk edəcək. Məlumata görə, bu dəfə ayrılıq qəti xarakter daşıyır və yeni mövsümdə obrazı başqa aktrisa canlandıracaq.Serialın 4-cü mövsümü 138-ci bölümlə yekunlaşacaq və mövsüm finalında "Çimən" obrazını böyük bir hadisə gözləyir. Ssenarisi Melis Civelek və Zeynep Gür tərəfindən yazılan layihənin yenə yüksək gərginlik və dramatik səhnələrlə yadda qalacağı bildirilir.Məlumata əsasən, "Çimən" obrazının vida səhnəsi emosional olacaq və izləyicilərin diqqətini çəkəcək. Aktrisanın serialdan ayrılması artıq tamaşaçılar arasında da kədər doğurub.Serialın 5-ci mövsümü ərəfəsində yaradıcı heyət "Çimən" obrazı üçün yeni aktrisa axtarışına başlayıb. Obrazın hekayəsinin davam etdiriləcəyi və yeni simanın yaxın zamanda açıqlanacağı gözlənilir.Eyni zamanda, süjet xəttində gərginliyin daha da artacağı, qəza səhnəsi ilə hadisələrin fərqli istiqamətə yönələcəyi iddia olunur. Bundan əlavə, layihədən daha üç aktyorun ayrılacağı barədə məlumatlar da yayılıb.Yeni mövsümdə baş verəcək dəyişikliklərin ssenariyə necə təsir edəcəyi və “Kızılcık Şerbeti” serialında "Çimən" obrazını kimin canlandıracağı isə hələlik maraq mövzusu olaraq qalır.Jalə

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
83
demokrat.az

1Источники