İran Futbol Federasiyasının prezidenti Mehdi Tac DÇ-2026-da iştirakla bağlı tələb irəli sürüb.
Aprelin sonunda Tacın rəhbərlik etdiyi İran nümayəndə heyəti FİFA Konqresi üçün Vankuverə uçub, lakin “immiqrasiya orqanlarının hörmətsiz rəftarı səbəbindən” vətənə qayıtmaq qərarına gəlib.
Kanadanın İmmiqrasiya naziri Lena Metledqe Diab daha sonra İran futbol federasiyasının rəhbərinin vizasının təyyarədə olarkən İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ilə əlaqələrinə görə ləğv edildiyini təsdiqləyib.
Publika.az xəbər verir ki, Tac İRİB-ə verdiyi müsahibədə bildirib:
“Oraya getməyimiz üçün onların sistemimizin simvollarını, xüsusən də İslam İnqilabı Keşikçiləri Korpusunu təhqir etmək hüququna malik olmadıqlarına dair zəmanətlərə ehtiyacımız var. Onlar buna ciddi diqqət yetirməlidirlər. Əgər onlar belə bir zəmanət versə və buna sadiq qalsalar, Kanadadakı kimi hadisələr bir daha baş verməyəcək.