RU

Delsi Rodriges: Venesuelaya tətbiq edilən sanksiyaların ləğvi üçün ABŞ Prezidentinə müraciət edəcəm

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 7 may, AZƏRTAC

Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodriges ABŞ prezidenti Donald Trampa ölkəyə tətbiq edilən sanksiyaların ləğvi üçün müraciət etmək niyyətindədir.

AZƏRTAC xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rodriges “Venezuela de Televisión” televiziya kanalına açıqlamasında deyib.

"Quruduğumuz yaxşı münasibətlər çərçivəsində ABŞ prezidenti Donald Trampa Venesuelaya qarşı sanksiyaları dərhal dayandırmağa çağıracağam", - deyə o bildirib.

Müvəqqəti Prezident respublikanın blokadasını müdafiə edən və əhaliyə ciddi ziyan vuran ekstremistlərin Venesuela əleyhinə ritorikasını qınayıb. O, mövcud fikir ayrılıqlarına baxmayaraq, demokratik birgəyaşayışı dəstəklədiyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
50
3
azertag.az

5Источники