RU

Heç bir yuyucu toz lazım deyil Paltardakı ləkələri saniyələr içində yox edir

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Geyimdəki inadkar qidalar ləkələri artıq problem olmayacaq. Avstraliyalı bloqer bu izləri təmizləmək üçün hamının bildiyi, lakin istifadə etmədiyi ən sadə üsulu nümayiş etdirib.Demokrat.az xəbər verir ki, melburnlu bloqer Şantel Mila paltarlardakı ləkələrdən saniyələr içində qurtulmağın yolunu paylaşıb. O, çirkli ağ köynəyin üzərinə sadəcə çaydanla qaynar su tökərək ləkənin necə yox olduğunu göstərib."Siz bu vaxta qədər ləkələri yanlış çıxarırdınız. Bu üsul üçün heç bir ağardıcıya və ya sürtməyə ehtiyac yoxdur. Sizə lazım olan tək şey qaynar sudur" - deyə bloqer bildirib.

Lakin bu üsul hər geyim üçün keçərli deyil. Şantel Mila xəbərdarlıq edir ki, qaynar su pambıq və kətan parçalar üçün effektiv olsa da, ipək, yun və üzərində çap olan geyimləri korlaya bilər.Yəni, əgər pambıq köynəyinizə yemək dağılıbsa, onu kimyəvi maddələrlə sürtmək əvəzinə, sadəcə qaynar su ilə təmizləyə bilərsiniz.Aytən

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
44
demokrat.az

1Источники