RU

FİFA-nın sərt qadağası “Neftçi”yə necə təsir edə bilər?

style='margin-bottom:10px;'>

Xəbər verdiyimiz kimi, FIFA “Neftçi”yə 3 transfer pəncərəsi üçün qadağa qoyub

QOL.az-ın xəbərinə görə, qərar 2026-cı ilin mayın 5-dən qüvvəyə minib və FİFA-nın saytında elan olunub

Hələlik cəzanın səbəbinə və konkret kimə/nəyə görə verildiyinə dair məlumat yoxdur. Lakin adətən belə qərarlar ya klubun hazırkı və ya sabiq futbolçuları/məşqçiləri qarşısında borcları və ya maliyyə tələblərini pozmasına görə qəbul olunur.

Qərar gecə saatlarında mediada yayıldığından hələlik “Neftçi”nin buna münasibəti bəlli deyil və güman edirik ki, gün ərzində açıqlama verilər.

“Neftçi” ilə bağlı qərar qarşıdakı 3 transfer dövrünü əhatə edir: 2026-cı ilin yay, 2027-ci ilin qış və yay transfer pəncərələri. Bu o deməkdir ki, qadağa müddəti dəyişilməsə, “Neftçi” yeni oyunçu transferini yalnız 2028-ci ilin qışından etibarən həyata keçirə biləcək.

Bu isə “Neftçi"yə ciddi təsir edə bilər. Əvvəla “Neftçi” yeni futbolçularla heyətini gücləndirə bilməyəcək ki, bu da çempionatda yüksək yerlər uğrunda mübarizəni və avrokuboklara vəsiqə şansını çətinləşdirəcək. Bununla belə, klub hazırkı futbolçularına və öz yetirmələrinə güvənməli olacaq.

Hazırda ukraynalı Yuri Vernidubun komandası turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. 30 oyundan sonra “Neftçi”nin aktivində 50 xal var və komanda avrokubok zonasına düşmək uğrunda mübarizəni davam etdirir.

Ukrayna mətbuatı yazır ki, Yuri Vernidub üçün bu vəziyyət onun "Zorya" və "Krivbass" klublarında çalışdığı dövrdə yaşanan bənzər problemlərin təkrarı olacaq.

FİFA-nın saytında "Neftçi"nin cəzalandırıldığını təsdiqləyən bölmə

Избранный
39
5
teleqraf.com

3Источники