RU

Türkiyədə 17 vilayətdə FETÖ əməliyyatı:23 nəfər saxlanıldı

Türkiyədə FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Redaktor.az xəbər verir ki, Malatya mərkəzli əməliyyat çərçivəsində ölkənin 17 vilayətində 23 şübhəli saxlanılıb.

Əməliyyat Milli İstihbarat Teşkilatı, kəşfiyyat və terrorla mübarizə idarələrinin əməkdaşlarının iştirakı ilə həyata keçirilib.

Məlumata görə, saxlanılan şəxslərin təşkilatın polis strukturlarındakı gizli fəaliyyətində iştirak etdikləri müəyyən olunub.

Əməliyyatlar Adana, Ankara, İstanbul, İzmir, Trabzon və digər vilayətlərdə keçirilib. Hazırda araşdırmalar davam edir.

NURİYYƏ

Избранный
59
6
redaktor.az

10Источники