Braziliyanın Atlantik meşələrində uzun illərdir bölgədə nəsli tükənmiş hesab edilən qırmızı-yaşıl makav tutuquşularının (ara chloropterus) 200 ildən sonra yenidən vəhşi təbiətdə çoxaldığı məlum olub.
Musavat.com bu barədə BBC-ə istinadən xəbər verir.
Məlumata görə, iki makav balasının yumurtadan çıxması növün bölgəyə dönüşü kimi qeydə alınıb. Bu nadir quşların sayının azalmasına illər boyu meşələrin məhv edilməsi və qanunsuz heyvan ticarəti səbəb olmuşdu.
2022-ci ildə Braziliyada həyata keçirilən xüsusi proqram çərçivəsində uzun müddət əsarətdə saxlanılan tutuquşular təbiətə qaytarılıb. Mütəxəssislər bildirirlər ki, quşların yenidən çoxalması onların vəhşi həyata uğurla uyğunlaşdığını göstərir.
Alimlər bu hadisəni ekosistemin bərpası üçün mühüm addım adlandırırlar.
Musavat.com