RU

Azərbaycan diasporunun üzvü Fransada öldü Foto

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Fransadakı Azərbaycan diasporunun fəal üzvü, tanınmış alim Vəfa Mustafayev vəfat edib.

Axar.az “Yeni Sabah”a istinadla xəbər verir ki, o, 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, 1938-ci ildə Bakıda anadan olan Vəfa Mustafayev orta və ali təhsilini doğma şəhərində alıb. Daha sonra Fransaya köçən soydaşımız burada diaspor fəaliyyətinə fəal qoşularaq Azərbaycan həqiqətlərinin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ardıcıl və məqsədyönlü işlər görüb. Sezar pizza

Vəfa Mustafayev uzun illər Parisdə UNESKO-nun mənzil qərargahında çalışıb, qurumun Asiya şöbəsinin rəhbəri və layihə koordinatoru vəzifələrində fəaliyyət göstərib. Azərbaycanın gənc istedadlarının UNESKO platformalarında tanıdılmasına, ölkəmizlə UNESKO arasında əlaqələrin möhkəmlənməsinə və elmi diasporun inkişafına mühüm töhfələr verib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
11
axar.az

10Источники