RU

Kütləvi dron hücumu: İrəvana uçuşlar təxirə salındı

Rusiyadan Ermənistana həyata keçirilən 5 aviareysdə gecikmələr qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə məlumat Zvartnots Beynəlxalq Hava Limanının onlayn uçuş cədvəlində yer alıb.

Məlumata görə, gecikən reyslər Moskva və Soçi şəhərlərindən həyata keçirilən uçuşlardır. Onların arasında “FlyOne” və “Azimut” aviaşirkətlərinin Moskva-İrəvan reysləri, həmçinin Soçidən həyata keçirilən “Azimut”, “S7 Airlines” və “Aeroflot” reysləri var.

Bundan əlavə, Ermənistanın “NovAir” aviaşirkətinə məxsus Qafan-İrəvan reysi də ləğv edilib.

Məlumata əsasən, Rusiyanın bir sıra hava limanlarında - o cümlədən Moskva (Vnukovo, Şeremetyevo), Sankt-Peterburq (Pulkovo) və digər şəhərlərdə - kütləvi gecikmələr müşahidə olunur. Buna səbəb kimi pilotsuz uçuş aparatlarının hücumları və uçuşlara tətbiq edilən müvəqqəti məhdudiyyətlər göstərilir.

Избранный
21
publika.az

1Источники