RU

“CBC Sport” texniki problemə görə üzr istədi

futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“CBC Sport” telekanalında Çempionlar Liqasının yarımfinal mərhələsinin “Bavariya” – PSJ oyununu yayımlamaması sosial şəbəkələrdə narazılığa səbəb olub. Matçın anonsu edilsə də, görüş saatında yayımın olmamasına görə telekanal tənqidlərə məruz qaldı.

“CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasov “Futbolpress.az“a açıqlamasında texniki problem yaşadıqlarını və tamaşaçılardan üzr istədiklərini bildirdi:

“Texniki problem idi, səhvimizi etiraf edirik. Günah bizdədir, texnikadır. İstəməzdik belə olsun. Məsuliyyəti dərk edirik. Tamaşaçılarımızdan üzr istəyirik, görünür, taleyimiz belə gətirib”.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
48
futbolpress.az

1Источники