RU

Anar Bağırov: Bu gün imtahanda rekord sayda namizəd iştirak edir

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Bu gün Dövlət İmtahan Mərkəzində keçirilən vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsində rekord sayda şəxs iştirak edir.

"Cebheinfo.az" xəbər verir ki, bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov jurnalislətə açıqlamasında deyib.

Sədr müqayisə üçün qeyd edib ki, ötən ilin noyabrında keçirilən imtahanda 400-dən bir qədər çox namizəd iştirak etmişdi:

"Bu gün keçirilən vəkilliyə qəbul üzrə yazılı imtahanda 540 namizəd iştirak edir. Bu göstərici son illərin, xüsusilə də, 2018-ci ildən bəri ən yüksək nəticələrdən biri hesab olunur".

A.Bağırov qadın namizədlərin sayında da artım müşahidə olunduğunu vurğulayıb:

"Vəkillik sahəsində islahatlar davam edir və yeni nəsil hüquqşünasların eləcə də qadınların bu sahəyə marağı peşənin daha da müasirləşməsinə töhfə verir".

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
42
2
cebheinfo.az

3Источники