RU

Miras üçün atasını bomba ilə partlatmaq istədi - ŞOK DETAL

Türkiyənin Mardin şəhərində bir gənc miras üstündə atasını bomba ilə öldürməyə cəhd edib.

Musavat.com xəbər verir ki, hadisə ölkədə böyük rezonans doğurub.

İttihama görə, 21 yaşlı Polad E. atasının ona kifayət qədər maddi dəstək vermədiyini düşünərək qətli planlaşdırıb. İddianamədə qeyd olunur ki, o, dostları ilə birlikdə atasının istifadə etdiyi avtomobilə əl istehsalı partlayıcı yerləşdirib.

Məlumata əsasən, şübhəlilər partlayışın təsirini artırmaq üçün qurğuya benzin, qaz və patronlar da əlavə ediblər. Planı həyata keçirmək üçün uzaqdan idarə olunan sistemdən istifadə olunub. Lakin ata avtomobilin yanında şübhəli paketi görərək onu yaxınlıqdakı boş binaya qoyub və mümkün faciənin qarşısı alınıb.

İstintaq zamanı məlum olub ki, şübhəlilər müxtəlif dayanacaqlarda gizlənərək partlayışı həyata keçirməyə çalışıblar. Son anda işə düşən bomba yaşayış olmayan tikilidə partlayıb.

Türkiyə mediasının yazdığına görə, iş üzrə təqsirləndirilən şəxslər barəsində “qəsdən adam öldürməyə cəhd” və “qanunsuz partlayıcı maddə saxlama” maddələri ilə ağır həbs cəzası istənilib.

Musavat.com

Избранный
15
musavat.com

1Источники