RU

Bu gün finalçıların adları məlum olacaq - Avropa Liqasında

Bu gün Avropa Liqasında finalçılar müəyyənləşəcək.

Sportinfo.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyunları saat 23:00-da start götürəcək.

“Frayburq” Almaniyada Portuqaliya “Braqa”sını sınağa çəkəcək. Portuqaliya təmsilçisi ilk görüşdə qələbə qazanıb – 2:1.

Digər matçda isə İngiltərə klubları münasibətlərinə aydınlıq gətirəcək. İlk matçda “Nottingem Forest”ə 0:1 hesabı ilə uduzan “Aston Villa” doğma meydanda məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Final oyunu mayın 20-də İstanbulda keçiriləcək.

Избранный
14
4
sportinfo.az

10Источники