RU

Bu ölkə ilə Azərbaycan arasında növbəti müharibə XƏBƏRDARLIĞI - "sərt cavab alacaqlar”

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan Baş nazir Nikol Paşinyanın müxalifət parlament seçkilərində qalib gələcəyi təqdirdə Azərbaycanla yeni müharibə barədə xəbərdarlığını məntiqli adlandırıb. Bu barədə o, parlamentdə müxalif deputatların müvafiq suallarını cavablandırarkən bildirib.

“Baş nazirin dediklərinin əsas məqsədi ondan ibarətdir ki, əgər seçkiqabağı dövrdə seçki iştirakçıları sülhün əsaslarını şübhə altına alsalar, bu, prosesi poza bilər”, - o qeyd edib.
Doğurdanmı Karapetyan və ya Köçəryan kimi qüvvələr hakimiyyətə gəlsələr, Azərbaycanla sərhəddə hərbi toqquşmalar başlaya bilər?

Azad Vətən Partiyasının sədri Akif Nağı Musavat.com-a bildirib ki, ağlı başında olan, sülh istəyən ermənilər vəziyyətə məntiqlə qiymət verməyə çalışırlar:


“Bu cür düşünənlər bilirlər ki, Azərbaycan Ermənistandan qat-qat güclüdür, yenidən hərbi təxribata əl atılması Ermənistan üçün fəlakətlə nəticələnə bilər. Bunu indiki Ermənistan hakimiyyəti başa düşür. Ona görə də Qarabağ məsələsini də gündəmə qaytarmağın Ermənistana böyük təhlükə yarada biləcəyini açıq deyirlər.

Amma Robert Köçəryan kimi qüvvələr hakimiyyətə gələrsə bu mövqedə olmayacaqları və müharibə yolunu seçəcəkləri ehtimalı yüksəkdir. Bunu ermənilərin özləri də açıq deyirlər. Hərbi toqquşmaların olmasını istəyənlər təkcə Ermənistan daxilində olan qüvvələr deyil, həmçinin Avropada, Rusiyadakı siyasi dairələr də Azərbaycanla Ermənistan arasında sülhün deyil, konfranatsiyanın olmasını istəyirlər. Bunun üçün isə müharibə tərəfdarı olan revanşist qüvvələrin hakimiyyətə gəlməsinə çalışırlar. Ermənistanda seçicilər seçkilərdə faktiki olaraq “ya sülh, ya müharibə” seçimi qarşısındadırlar. Azərbaycan sülh tərəfdarıdır və bunu əməli addımları ilə ortaya qoyur. Eyni zamanda Azərbaycan Ermənistanda müharibə tərəfdarı olan qüvvələrin hakimiyyəti gələcəyi və hərbi toqquşma riskinin yaranacağı vəziyyətə də hazırdır. Müharibəyə başlayacaqlarsa Azərbaycandan sərt cavablarını alacaqlar”.

Избранный
1
1
paytaxt.org

2Источники