RU

Ukraynada özəl hərbi şirkətlər yaranacaq

Ukrayna təhlükəsizlik ixracına qlobal tələbatı ödəməyə hazır olmalıdır. Bu məqsədlə, müharibədən sonra Ukrayna hərbi qulluqçularının xaricdəki özəl hərbi kampaniyalarda iştirakı üçün çərçivə və qanunvericilik bazası yaratmaq lazımdır.

Herbiand.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

Dövlət başçısı qeyd edib ki, bütün dünya Ukrayna əsgərinin həqiqətən güclü, həqiqətən təcrübəli olduğunu görür: "Təhlükəsizlik ixracımız - bu müharibədən sonra və veteranlar üçün - əsl biznes imkanı olmalıdır. Bu, doğrudur, bu, ədalətlidir ki, ölkəmiz qlobal oyunçu olmağa davam etsin, Ukrayna əsgərləri müdafiəmizin təqdim etdiyi misilsiz təcrübədən qazana bilsinlər".

Zelenski qeyd edib ki, Ukrayna Daxili İşlər Nazirliyi, kəşfiyyat, müvafiq dövlət rəsmiləri və İdarə heyəti beynəlxalq səviyyədə "hərbi şirkətlər" kimi tanınan şey üçün qanunvericilik bazası hazırlayır: “Mən Ukrayna üçün ən optimal formatın hazırlanmasını və qanunun bu il qəbul edilməsini tapşırdım. Aparıcı qlobal güclər öz vətəndaşlarını sözdə özəl hərbi şirkətlərdə və digər təşkilati strukturlarda işləmək üçün işə götürürlər. Dövlətimizin təhlükəsizlik ixracı sektorundakı bu boşluğa, bu fürsətə, bu tələbə cavab verməsi vacibdir”.

Bəxtiyar CƏFƏRLİ

Избранный
20
herbiand.az

1Источники