RU

Gəncədə uşaqları təhqir edən bağça tərbiyəçisi işdən çıxarıldı YENİLƏNİB

Lent az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Gəncədə uşaqları təhqir edən bağça tərbiyəçisi işdən çıxarılıb.

Lent.az xəbər verir ki, bu addım bağça rəhbərliyi tərəfindən atılıb.

Həmçinin, polis də məsələ ilə bağlı müvafiq araşdırma aparıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, bağçanın əməkdaşı polis idarəsinə dəvət olunaraq onunla profilaktik söhbət aparılıb.

***

6 may, saat 18:59

Gəncədə uşaqların təhqir olunduğu kadrların qeydə alındığı məktəbəqədər təhsil müəssisəsi özəl bağçadır.

Lent.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

Qurumdan bildirilib ki, sözügedən görüntülərin çəkildiyi müəssisə özəl fəaliyyət göstərir və idarənin tabeliyində deyil.

***

saat 17:46

Gəncədə uşaq bağçasında azyaşlılar təhqir olunub.

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdən məlum olur ki, azyaşlılara "təlim" keçən tərbiyəçi onlara əsəbiləşib və "tormoz", "monqol" kimi təhqiramiz ifadələr səsləndirib.

Lakin videonun hansı bağçada çəkildiyi bilinmir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
52
lent.az

1Источники