RU

Rusiyada 14 hava limanı bağlanıb

Rusiyada pilotsuz uçuş aparatları təhlükəsi səbəbindən ən azı 14 hava limanında uçuşlara müvəqqəti məhdudiyyət qoyulub.

Day.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, məhdudiyyətlər Moskvanın Vnukovo və Şeremetyevo hava limanları ilə yanaşı, Soçi, Samara, Krasnodar və digər şəhərlərin hava limanlarında da tətbiq edilib.

Rosaviasiya bildirib ki, tədbirlər təhlükəsizlik məqsədilə görülüb. Bundan əvvəl Moskvaya dron hücumu ilə bağlı məlumat yayılmışdı.

 
 
Избранный
41
day.az

1Источники