Apasport saytından alınan məlumata görə, ain.az bildirir.
Azərbaycan futbolunda mövsüm başa çatmaq üzrədir. May ayının sonunda ölkə çempionatının 4 liqasında da mübarizə yekunlaşacaq.Misli Premyer Liqasına vəsiqə uğrunda pley-off oyunu mayın 27-də, I Liqaya vəsiqə uğrunda pley-off matçı 28-də, II Liqaya vəsiqə uğrunda pley-off görüşü isə 29-da keçiriləcək.Bütün matçlar neytral meydanlarda baş tutacaq. Yəqin ki, futbol ictimaiyyətinin və azarkeşlərin əsas marağı, diqqəti Misli Premyer Liqasına vəsiqə uğrunda pley-off matçında olacaq. Həm də bir çoxumuzun ağlında cavablanası əsas sual var. Belə ki, elita klubları legioner limitindən azaddır, I Liqa təmsilçiləri isə eyni anda yalnız 3 əcnəbi futbolçu ilə çıxış edə bilər.Bəs, pley-off matçında hansı qayda əsas götürüləcək?“Apasport”un məlumatına görə, bütün pley-off matçları üst liqanın qaydaları ilə keçiriləcək.Misli Premyer Liqasına vəsiqə uğrunda görüşdə hər iki komanda meydana legioner limiti olmadan çıxa biləcək. I Liqaya vəsiqə uğrunda matçda tərəflər 3 əcnəbi futbolçunun xidmətindən istifadə edə bilərlər. II Liqaya vəsiqə uğrunda qarşılaşmada isə yalnız Azərbaycan pasportuna malik oyunçular meydanda olacaqlar.Pley-offl oyunlarının təqvimi aşağıdakı kimidir:I Liqaya vəsiqə uğrunda pley-off oyunu
27 may
I Liqada 9-cu yerin sahibi – II Liqada 2-ci yerin sahibi (neytral meydan)
Misli Premyer Liqasına vəsiqə uğrunda pley-off oyunu
28 may
Premyer Liqada 11-ci yerin sahibi – I Liqada 2-ci yerin sahibi (neytral meydan)
II Liqaya vəsiqə uğrunda pley-off oyunları
29 may
II Liqada 11-cu yerin sahibi – Region Liqasında 2-ci yerin sahibi (neytral meydan)
II Liqada 10-cu yerin sahibi – Region Liqasında 3-cü yerin sahibi (neytral meydan)
Tura Şamaxıda yekun vurulur - YENİLƏNİR
XXXI turun hakim təyinatları açıqlanıb
I Liqa: Lider çempionluğunu rəsmiləşdirə bilmədi - YENİLƏNİB
AFFA II Liqa klublarını CƏRİMƏLƏYİB
AFFA “Sumqayıt”ı CƏZALANDIRIB
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.