RU

Bakının mərkəzində dəvəni dirəyə bağladılar – Video

Bakının mərkəzi küçələrindən birində qeyri-adi görüntü sakinlərin diqqətini çəkib. Belə ki, küçədə dirəyə bağlanan dəvə ətrafdakılarda maraq doğurub.


Musavat.com xəbər verir ki, hadisə yerindən çəkilən görüntülərdə dəvənin şəhərin intensiv hərəkətli hissəsində saxlanıldığı görünür. Ətrafdan keçən insanlar heyvana yaxınlaşaraq şəkil çəkdirib, bəzi vətəndaşlar isə bunun hansı məqsədlə edildiyini maraqla müzakirə edib.

Dəvənin kim tərəfindən və nə məqsədlə şəhərin mərkəzinə gətirildiyi hələlik məlum deyil. Hadisə sosial şəbəkələrdə də maraqla qarşılanıb və görüntülər qısa zamanda geniş yayılıb.


Şahanə Rəhimli
Musavat.com

Избранный
23
6
musavat.com

9Источники