RU

Samvel Karapetyan: “Paşinyan yenidən baş nazir seçilsə, Ermənistan Azərbaycanın quberniyasına çevriləcək” KONKRET

Konkret.az saytına istinadən ain.az xəbər verir.

Nikol Paşinyan yenidən Ermənistanın baş naziri seçilərsə, ölkə Azərbaycanın quberniyasına çevriləcək.

KONKRET.az xəbər verir ki, bunu “Güclü Ermənistan” Partiyasının baş nazirliyə namizədi, iş adamı və xeyriyyəçi Samvel Karapetyan mayın 7-də keçirdiyi mətbuat konfransında bildirib.

O, Ermənistanı Rusiyanın quberniyasına çevirmək niyyətində olub-olmaması ilə bağlı sualı cavablandırarkən belə deyib:

“Ermənistanı ən inkişaf etmiş, fəal, gözəl və zəngin ölkəyə çevirəcəyik. Qalanı onların — hakim qüvvənin işidir. Nikol Paşinyan yenidən seçilərsə, biz Rusiya Federasiyasının deyil, Azərbaycanın quberniyasına çevriləcəyik. O, indi Azərbaycanın qubernatoru rolunda çıxış edir”, – deyə Karapetyan bildirib.

Siyasətçi Vladimir Putinlə Nikol Paşinyanın son səs-küylü görüşünü şərh etməkdən imtina edib. O, yalnız qeyd edib ki, gələcəkdə işləməli olacağı liderlərin sözlərini şərh etmək korrekt deyil.

Karapetyan Ermənistanın hazırda Rusiyadan iqtisadi asılılığının ən yüksək həddə olduğunu bildirib.

Onun sözlərinə görə, Rusiyadan Ermənistana göndərilən pul köçürmələri ölkə büdcəsi ilə müqayisə edilə biləcək səviyyədədir:

“İstəsəm belə, mən belə bir şey edə bilmərəm”, – deyə o əlavə edib.

Karapetyan vurğulayıb ki, Rusiya Ermənistanın strateji müttəfiqi və əsas iqtisadi tərəfdaşı olub və belə də qalacaq:

“Başqa imkan yoxdur. Bunu bir düyməyə basmaqla söndürmək mümkün deyil. İllər keçdikcə görəcəksiniz ki, biz yeni bazarlar fəth edirik və asılılıq azalır”, – deyə o bildirib.

KTMT məsələsinə toxunan Karapetyan Ermənistan hakimiyyətini də tənqid edib:

“Hakimiyyət pampersdə bəyanatlar verəndə… Şərh etmək istəmirəm. Bu sözlər neçə ildir səslənir? Çıxa bilərdilər, qorxurlar? Niyə çıxmırlar?”

Siyasətçi xatırladıb ki, Ermənistan başqa hərbi strukturun üzvü deyil.

Natiq Səlim,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
2
1
konkret.az

2Источники