Azərbaycan və San-Marino arasında enerji əməkdaşlığı müzakirə edilib.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.
“San-Marino Respublikasının maliyyə və büdcə, nəqliyyat və energetika naziri Marko Qatti və əmək, iqtisadi proqramlaşdırma, Dövlət Xidmətləri Muxtar Qurumu ilə əlaqələr, ekoloji keçid və texnoloji innovasiya naziri Alessandro Bevitori ilə görüşdə təbii qaz və bərpa olunan enerji sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik.
Enerji təhlükəsizliyi, “yaşıl keçid” və qarşılıqlı faydalı tərəfdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi apardıq”, – paylaşımda qeyd edilib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта



