Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) hazırkı siyasətinin əsas məqsədlərindən biri də hər il azı 10 tammetrajlı bədii filmin istehsal olunmasıdır.
Hafta.az xəbər verir ki, bu barədə ARKA-dan məlumat verilib. Bildirilib ki, cari ildə “Akinak”, “Mən, Lalə, bir də O”, “Tağıyev: Məktəb” filmləri nümayiş olunub.
Sırada olan digər ekran əsərləri isə “Buzlar əriyəndə”, “Quşlar susanda”, “Ölü Həsən”, “Mənə bənzər adam görməmisiniz ki?”, “44”, “Sözün varsa, de” və “Nəsrəddin hoca”dır.