RU

Qışqırığına qonşular gəldi Nizami rayonundakı hadisənin detlları

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Bakıda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Nizami rayonunda baş verib. Qəbələ rayon sakini, 1992-ci il təvəllüdlü Tural birgə yaşadıqları evdə arvadı Südabə (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında ailə-məişət zəminində baş vermiş mübahisə zamanı qisas almaq məqsədilə qəsdən bir dəfə əli ilə qadının sağ ayaq nahiyəsinə vurub, ona xəsarətlər yetirib. Faktla bağlı Turalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan  edilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkən ona qarşı şikayətini geri götürüb, ərini bağışlayıb. Nizami Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
29
demokrat.az

1Источники