RU

“Kartof” açıqlaması diplomatiyanı gərdi: Minsk İrəvan böhranı

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Alen Simonyan Belarusla bağlı səslənən müzakirələrə sərt reaksiya verib. O bildirib ki, Ermənistan siyasi asılılığa düşməyəcək və öz suveren siyasətini davam etdirəcək. Simonyan vurğulayıb ki, Ermənistan demokratiya yolunu seçib və Belarus modeli onlar üçün qəbuledilməzdir. Parlament sədri eyni zamanda Belarus rəhbərliyinə “kartof yetişdirməklə məşğul olmağı” tövsiyə edərək rəsmi Minskə tənqidi mesaj göndərib.Ermənistan və Belarus arasında artan gərginlik regiondakı siyasi münasibətlərə necə təsir göstərə bilər?

Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son günlər Ermənistan parlamentinin sədri Alen Simonyanın Minskə ünvanladığı tənqidi fikirlərdən sonra bu ölkələr arasında qarşılıqlı söz və ittihamlar diqqətimizi çəkir.

Politoloq hsab edir ki, prinsipcə, Simonyan açıqlamasında haqlıdır: “O deyir ki, biz Rusiyanın quberniyası olmaq istəmirik, Belarus kimi idarə olunmaq istəmirik. Yəni gerçəklik budur. Amma Belarus tərəfi bu fikirlərlə razılaşmır və hesab edir ki, bu ölkələr suveren dövlətlərdir və Rusiya ilə münasibətlərin səviyyəsini, ümumiyyətlə digər dövlətlərlə əlaqələrini özləri müəyyən edirlər. Yəni Rusiyaya tabe olmaq fikrinə qarşı çıxırlar. Hətta bu cür açıqlamaların diplomatik etikaya nə qədər uyğun olduğu da müzakirə mövzusudur.

Açığı, bu gün həm Belarus, həm də Ermənistan keçmiş sovet respublikalarıdır. Təəssüf ki, Belarus hazırda Rusiyanın nüfuz dairəsinə daha yaxın görünür, Ermənistan isə bu təsirdən uzaqlaşmağa çalışır. Coğrafi baxımdan da ölkələr arasında məsafə böyükdür, buna görə birbaşa təmas imkanları məhduddur və bu diskussiyanın ciddi münaqişəyə çevrilmə ehtimalı aşağıdır.”-deyən politoloq bildirib ki, bununla belə, ortada siyasi qalmaqal var.

Bu qalmaqal nə qədər böyüyə bilər?

Politoloqun fikrincə, bunun geniş perspektivi yoxdur. Bəzi dairələr bunu seçkiqabağı siyasi proseslərlə əlaqələndirir və burada müəyyən siyasi populizm elementləri görürlər.

“Simonyanın açıqlaması isə daha çox Ermənistanın Rusiyadan uzaqlaşma cəhdlərinin ifadəsi kimi görünür. O, bu fikirləri ilə Rusiyadan çıxış yolunu vurğulamağa çalışır və Belarus nümunəsindən sadəcə bir istinad kimi istifadə edir. Ola bilsin ki, onun məqsədi yeni münaqişə yaratmaq olmayıb, amma bu ifadələr ölkələr arasında gərginlik yaradıb.

Hər halda, müəyyən siyasi və psixoloji gərginlik bir müddət davam edə bilər, sonra isə səngiyər. Ümumilikdə isə burada daha geniş bir geosiyasi mübarizə var — Rusiyanın təsir dairəsində qalmaq və ya ondan uzaqlaşmaq cəhdi”-deyəən Əli Mustafa hesab edir ki, bu, təkcə Ermənistan və Belarus məsələsi deyil. Postsovet məkanında ümumi bir geosiyasi yarış gedir. Ermənistan da seçki ərəfəsində bu balansın içindədir. Görünən odur ki, Simonyan bu bəyanatla ölkə daxilində Rusiya yönümlü qüvvələrə qarşı siyasi mövqeyini gücləndirməyə çalışır.

Politoloq bildirir ki, münasibətlərdə gərginlik olsa da, bunun uzunmüddətli qarşıdurmaya çevrilməsi gözlənilmir. Amma Rusiyanın regiona təsir cəhdləri və buna qarşı mövqelər Cənubi Qafqazda siyasi prosesləri hələ də aktiv saxlayır.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
icma.az

1Источники