RU

Yer kürəsini maqnit qasırğaları bürüyəcək

Növbəti iki gün ərzində (mayın 7-də və 8-də) Yer kürəsində maqnit qasırğaları və geomaqnit dalğalanmaları gözlənilir.

AzEdu.az-ın Kp.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasından məlumat verilib. Alimlər buna səbəb kimi planetin yaxınlığında günəş küləyinin sürətinin artmasını göstərirlər.

Bu günlərin hər birində maqnit fırtınasının başvermə ehtimalı təxminən 33% (qırmızı səviyyə) təşkil edir, 33%-i daha zəif dalğalanmaların payına düşür (sarı səviyyə). Eyni şansla maqnit sahəsi yaşıl zonada qala bilər. Hadisənin ümumi intensivliyi orta səviyyədə qiymətləndirilir.

Alimlər aydınlaşdırıblar ki, günəş aktivliyi hazırda aşağıdır. Lakin həftənin sonuna qədər partlayışların sayında artım mümkündür. Dalğalanmaların daha güclü dövrü 15-18 may tarixlərinə proqnozlaşdırılır.

Избранный
24
3
azedu.az

4Источники