RU

Rusiyanın nəhəng neft zavodu vurulub Permdə partlayışlar və hava həyəcanı

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiyanın Perm Krai bölgəsində gecə saatlarında pilotsuz uçuş aparatlarının hücumu qeydə alınıb. Bölgə qubernatoru Dmitri Maxonin bildirib ki, dronlardan biri sənaye müəssisələrindən birini hədəfə alıb.

Onun sözlərinə görə, daha bir neçə pilotsuz aparat hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Qubernator hücum edilən obyektin adını açıqlamayıb.

Lakin yerli teleqram kanallarının yazdığına görə, hücumun əsas hədəfi Rusiyanın ən iri neft emalı müəssisələrindən biri olan “Lukoil-Permnefteorgsintez” zavodu olub. Məlumata görə, bu, son 8 gün ərzində zavoda ikinci hücumdur. Hadisədən sonra Perm şəhərində hava həyəcanı siqnalları səsləndirilib. Şəhər aeroportunda aviareyslərin qəbulu və yola salınmasına məhdudiyyətlər tətbiq olunub.

Yerli sakinlər sosial şəbəkələrdə partlayış səsləri eşitdiklərini və şəhər üzərində tüstü qalxdığını əks etdirən görüntülər yayıblar. Perm şəhəri Ukrayna sərhədindən təxminən 1800 kilometr uzaqlıqda yerləşir.

Bir sıra teleqram kanalları dronlardan birinin yaşayış binasına düşdüyünü iddia edib. Fövqəladə xidmətlər şəhərin cənub hissəsində çoxmərtəbəli binanın damında baş vermiş partlayış yerinə cəlb olunub.

Sonradan qubernator Dmitri Maxonin Perm şəhərində çoxmənzilli yaşayış binasının zədələndiyini təsdiqləyib. Onun sözlərinə görə, ölən yoxdur. Bundan əlavə, Perm dairəsində inzibati binanın zədələnməsi nəticəsində bir nəfərin yaralandığı bildirilib.

Qeyd edək ki, “Lukoil-Permnefteorgsintez” Rusiyanın ən böyük neft emalı zavodlarından biri hesab olunur. Müəssisə ildə 13 milyon tondan çox neft emal edir və yüksək keyfiyyətli benzin, dizel yanacağı, aviasiya kerosini və sürtkü yağları istehsal edir.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
35
azpolitika.info

1Источники