RU

“Politico”: Avropa İttifaqı Macarıstana dondurulmuş vəsaitləri verməyə hazır deyil

ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Madyarın komandası arasında Aİ Pandemiya Bərpa Fondundan Budapeştə 10,4 milyard avro ayrılması ilə bağlı qapalı danışıqlar aparılır

Avropa Komissiyası (AK) ölkədə planlaşdırılan hökumət dəyişikliyinə baxmayaraq, Avropa İttifaqı (Aİ) tərəfindən dondurulmuş bütün vəsaitlərini verməyə hazır deyil. AYNA.AZ xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Brüssel ilə Macarıstanın Baş naziri olmağa hazırlaşan Tisza Partiyasının lideri Peter Madyarın komandası arasında Aİ Pandemiya Bərpa Fondundan Budapeştə 10,4 milyard avro ayrılması ilə bağlı qapalı danışıqlar aparılır. Bu vəsaitlər Aİ-nin Viktor Orbanın hökuməti dövründə qanunun aliliyinin pozulması iddiaları səbəbindən dondurulub.

“Politico” qeyd edir ki, AK 6,5 milyard avroluq paketin qrant hissəsini müzakirə etməyə hazırdır, lakin əlavə 3,9 milyard avro kredit ayrılmasına qarşıdır. Brüssel hesab edir ki, Macarıstanın proqram 31 avqustda başa çatana qədər bütün zəruri islahatları həyata keçirmək üçün çox az vaxtı var.

Lakin Madyarın komandası bütün məbləğin ayrılmasını təmin etməyə ümid edir, çünki Aİ ilə münasibətləri "yenidən qurmaq" vədlərindən sonra qismən razılaşma ölkə daxilində qeyri-kafi hesab edilə bilər.

Nəşr vurğulayır ki, Orbanın gözlənilən gedişinə baxmayaraq, Brüssel Macarıstana qarşı demokratik islahatlar və qanunun aliliyi ilə bağlı tələblərindən imtina etmək niyyətində deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
ayna.az

1Источники