RU

Rafinyadan ayrılıq iddialarına cavab

style='margin-bottom:10px;'>

"Barselona"nın futbolçusu Rafinya klubdan ayrılacağı ilə bağlı iddialara münasibət bildirib.

QOL.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi bu məlumatların əsassıs olduğunu bildirib və onun haqqında yazan jurnalistləri tənqid edib: 

"Barselona"ya gəldiyim gündən bəri ayrılmağımla bağlı şayiələr gəzir. Düşünürəm ki, insanlar məni burada görməkdən məmnun deyillər. Xüsusilə də mətbuat... Sadəcə yalan danışan bir nəfər var. Adını çəkmək istəmirəm.

Bunu yazan jurnalist mənim haqqımda başqa yalanlar da yazıb, klub nümayəndələri ilə görüşdüyümü, komanda daxilində qətiyyətsiz olduğumu, oynamağa davam edib-etməyəcəyimi bilmədiyimi iddia edib... Bu adam sadəcə yalan danışır".

Избранный
55
teleqraf.com

1Источники