RU

Sevgilisinə mağazada evlilik təklifi etdi Sosial şəbəkə qarışdı

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"TikTok" istifadəçisi Daniil Vorojbit sevgilisinə Zara mağazasının soyunma otağında evlilik təklifi edib. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub.

Redaktor.az bu haqda xarici mediaya istinadla xəbər verir.

Videoda kişinin sevgilisinin qarşısında diz çökərək ona üzük təqdim etdiyi görünür. Daha sonra cütlük nişan sonrası şəkillərini də paylaşıb.

Paylaşım qısa zamanda milyonlarla baxış toplayıb. Lakin sosial şəbəkə istifadəçilərinin əksəriyyəti evlilik təklifinin mağazanın soyunma otağında edilməsini tənqid edib.

İzləyicilər “Üzük də Zaradandır?”, “Bu zarafatdır?”, “Soyunma otağı nişan üçün uyğun yer deyil” kimi şərhlər yazaraq hadisəyə etiraz ediblər.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
9
1
redaktor.az

2Источники