RU

Cərimə balı ləğv edilə BİLƏRMİ? - Ekspert AÇIQLADI

"Bu kimi yüngül hallarda tətbiq olunan maliyyə cərimələri artıq kifayət qədər təsiredici vasitədir".

Day.Az xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib. 

O, yol hərəkəti qaydalarının yüngül xətalarla pozuntusuna görə cərimə balı tətbiq olunması barədə fikirlərini səsləndirib. 

Nəqliyyat eksperti bildirib ki, yol ayrıcına yaxın, yaxud səkidə dayanmaq da daxil olmaqla dayanma-durma qaydalarının bəzi pozuntularına görə 40, 60 və 80 manat məbləğində cərimələr, eyni zamanda cərimə balları nəzərdə tutulub.

"Bu qaydaların məqsədi sürücülərin daha diqqətli olmasını və yol hərəkətində təhlükəsizliyin qorunmasını təmin etməkdir. Bu kimi yüngül hallarda tətbiq olunan maliyyə cərimələri artıq kifayət qədər təsiredici vasitədir. Qaydaların təkrar pozulmaması üçün önləyici rol oynayır.

Cərimə ballarının əlavə edilməsi nəticəsində sürücülük hüququnun məhdudlaşdırılması hallarını artırır. Buna görə də gələcəkdə bu məsələyə daha fərqli yanaşmalar müzakirə oluna bilər", - deyə o bildirib.

Nəsimi Ələsgərli

Избранный
23
day.az

1Источники