RU

AYİB Zəngəzur dəhlizinin Naxçıvan hissəsinin maliyyələşdirilməsini nəzərdən keçirir

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Zəngəzur dəhlizinin Naxçıvan hissəsinin maliyyələşdirilməsi prosesində iştirak imkanını araşdırır. Bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Lepsiq şəhərində keçirilən Beynəlxalq Nəqliyyat Forumunun (BNF) açılışı çərçivəsində təşkil olunan mətbuat konfransında məlumat verib.

Nazir bildirib ki, Azərbaycan avropalı tərəfdaşlarla bu istiqamətdə sıx əməkdaşlıq aparır. Onun sözlərinə görə, AYİB ilə birlikdə layihənin texniki-iqtisadi əsaslandırma sənədi hazırlanır və bu işin sentyabr ayında yekunlaşdırılaraq tərəflərə təqdim olunması planlaşdırılır. “Proses müsbət istiqamətdə gedir və ola bilsin ki, layihədə beynəlxalq institutların iştirakını görə bildik”, – deyə Rəşad Nəbiyev vurğulayıb.

Zəngəzur dəhlizi regionda nəqliyyat bağlantılarının genişləndirilməsi və tranzit imkanlarının artırılması baxımından strateji əhəmiyyət daşıyan layihələrdən biri hesab olunur. Layihənin Naxçıvan hissəsinin maliyyələşdirilməsində beynəlxalq maliyyə institutlarının iştirakı isə onun reallaşma perspektivlərini daha da gücləndirə bilər.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan

Избранный
16
azerbaijan-news.az

1Источники