RU

Kənd Təsərrüfatı Nazirliyi və Asiya İnkişaf Bankının nümayəndələri arasında görüş keçirilib

V Aqrobiznesin İnkişafı Forumu çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi və Asiya İnkişaf Bankının (AİB) nümayəndələri arasında görüş keçirilib. 

Nazir müavini İlhamə Qədimova qeyd edib ki, Azərbaycan kənd təsərrüfatında rəqəmsal transformasiya, süni zəkanın tətbiqi, fermeryönümlü xidmətlərin inkişafı və iqlimə davamlı kənd təsərrüfatı istiqamətində mühüm addımlar atır və bu prosesdə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.

Asiya İnkişaf Bankının nümayəndəsi Jiangfeng Zhang isə Azərbaycan ilə əməkdaşlığın AİB üçün prioritet istiqamətlərdən biri olduğunu bildirib. O, kənd təsərrüfatında dayanıqlı inkişaf, su resurslarının səmərəli idarə olunması, innovasiya və texnologiyaların tətbiqi istiqamətində birgə fəaliyyətlərin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb. 

Görüşdə kənd təsərrüfatında rəqəmsallaşma və süni zəka həllərinin tətbiqi, fermerlər üçün məlumat əsaslı dəstək mexanizmlərinin yaradılması, suvarma sistemlərinin modernləşdirilməsi, su ehtiyatlarının səmərəli idarə olunması, aqrar sığorta və maliyyə alətlərinin inkişafı, həmçinin iqlim dəyişikliklərinə davamlı kənd təsərrüfatı modellərinin təşviqi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Bununla yanaşı, bölgələrdə innovativ pilot layihələrin həyata keçirilməsi, ağıllı kənd və ağıllı fermer yanaşmalarının tətbiqi, heyvandarlıq və aqrar istehsal sahələrində qabaqcıl Asiya ölkələrinin təcrübələrinin öyrənilməsi və tətbiqi imkanları da müzakirə olunub. 

Tərəflər aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə ediblər. 

Избранный
12
4
xalqqazeti.az

6Источники