RU

Azərbaycan və UN-HABITAT arasında "WUF13"ə hazırlıq məsələləri müzakirə olunub

Azərbaycan höküməti ilə BMT-nin İnsan Məskunlaşmaları Proqramı (UN-HABITAT) arasında 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) hazırlıq məsələləri müzakirə olunub.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev öz rəsmi "X" səhifəsində yazıb.

"Beynəlxalq Nəqliyyat Forumunun Sammiti çərçivəsində BMT İnsan Məskunlaşmaları Proqramının (UN-Habitat) icraçı direktoru xanım Anaklaudia Rossbax ilə görüş keçirdik. Görüşdə Azərbaycan ilə UN-Habitat arasında inkişaf edən tərəfdaşlıq və xüsusilə COP29 çərçivəsində birgə təşkil olunan Nazirlər görüşü fonunda şəhər inkişafı və iqlim dəyişikliyi sahəsində əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə etdik",- deyə yazıda qeyd olunur.

Görüşdə eyni zamanda Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində hazırlıq işləri və bu tədbirin qlobal şəhər gündəliyinə verəcəyi töhfə barədə fikir mübadiləsi aparılıb.

"Azərbaycanın şəhərsalma və nəqliyyat sahəsində həyata keçirdiyi transformasiya proqramları, o cümlədən dayanıqlı mobillik, rəqəmsal şəhər idarəçiliyi, ictimai nəqliyyatın genişləndirilməsi və inklüziv şəhər mühitinin yaradılması istiqamətində görülən işlər barədə məlumat verdik",-deyə Nəbiyev yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
38
2
olaylar.az

3Источники