RU

Uşaqların qidalanması necə təşkil olunmalıdır?

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının müvafiq qərarı ilə “Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş qida formullarına dair sanitariya norma və qaydaları” və “Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş əlavə qidalara dair sanitariya norma və qaydaları” təsdiq edilib. Göstərilən sanitariya norma və qaydaları “Qida təhlükəsizliyi haqqında” Qanun və qida təhlükəsizliyi sahəsində digər normativ hüquqi aktların tələbləri əsas tutulmaqla körpə və erkən yaşlı uşaqların qidalanması üçün nəzərdə tutulan qida formulları və əlavə qidaların minimum keyfiyyətinə, təhlükəsizliyinə və etiketlənməsinə dair tələbləri ehtiva edir. Bu norma və qaydalara əsasən, həm altı aya qədər uşaqların qidalanması üçün nəzərdə tutulan qida formulları, həm də altı aydan yuxarı uşaqlar üçün əlavə qidalara dair keyfiyyət və təhlükəsizlik tələbləri müəyyən edilib. Buraya, həmçinin ət, meyvə-tərəvəz püreləri, sıyıqlar daxildir. Bu norma və qaydalarda uşaqların sağlam qidalanması üçün həmin qidaların hansı təhlükəsizlik və keyfiyyət tələblərinə cavab verməli olduğu əksini tapıb.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova deyib.

O, həmçinin qeyd edib ki, agentlik tərəfindən aidiyyəti qurumlarla birgə hazırlanmış təhsil, tibb və sosial sahə müəssisələrindəki qidalanma normaları Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilib: “Qaydada müxtəlif yaş dövrlərində olan uşaqların və digər əhali qruplarının sağlam və rasional qidalanması üçün minimal makro və mikronutrientlər, yəni vitamin və minerallar hesablanaraq gündəlik hansı qidalardan hansı miqdarlarda qəbul edilməsi ilə bağlı məqamlar əks olunub”.

O bildirib ki, yeni qaydaların gətirdiyi yeniliklərdən biri də təhsil müəssisələrində istehlakı qadağan edilmiş məhsullarla bağlıdır: “Belə ki, məktəbəqədər təhsil müəssisələrində çipslər, buna oxşar məzələr, şirinləşdirilmiş qazlı içkilər və digər bu kimi qidalar qadağan edilib. Yeni qaydalarda uşaqların qəbul etməli olduğu balıq məhsulları, quru meyvələr və digər faydalı qidalar üçün minimal normalar müəyyən olunub. Əlavə olaraq, bağçalarda palma yağlarından istifadə etməklə hazırlanmış qızardılmış qidaların uşaqlara təqdim edilməməsi kimi çox vacib məqamlar öz əksini tapıb”.

Müxbir - Günel Türksoy

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
1
azertag.az

2Источники