RU

Naxçıvanda aktiv təsərrüfat subyektlərinin sayı 20 faizdən çox artıb

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Naxçıvan, 7 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında 1 may 2026-cı il tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1,6 faiz artaraq 22 min 708, aktiv ƏDV ödəyicilərinin sayı isə 3,5 faiz artaraq 644 olub.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 20,4 faiz artıb və 7334 təşkil edib.

Müxbir-Nail Əsgərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
13
1
azertag.az

2Источники